Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən redaktor məqaləsi Azərbaycandakı seçkilərə rəy verdi


ABŞ hökumətinin mövqeyini əks etdirən redaktor məqaləsi Azərbaycandakı seçkilərə rəy verdi

ABŞ hökumətinin mövqeyini əks etdirən redaktor məqaləsi Azərbaycandakı seçkilərə rəy verdi

Birləşmiş Ştatlar hökuməti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının noybarın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə ilkin rəyini tam dəstəkləyir. Həmin rəyə əsasən Azərbaycandakı səsvermə “ölkənin demokratik inkişafında əhəmiyyətli irəliləyiş üçün kifayət olmayıb.”

Belə görünür ki, hakim partiya parlament yerlərinin əksəriyyətini qazanıb, yerdə qalanlar isə Azərbaycan rəhbərliyinə loyal namizədlər tərəfindən tutulub.

ABŞ Dövlət Departamentinə əsasən, seçkilər dinc qaydada keçib və burada bütün müxalifət partiyaları, həmçinin yerli və xarici müşahidəçilər iştirak ediblər. Bundan əlavə, mərkəzləşdirilmiş qeydiyyat və yerli müşahidəçilərin rekord sayı, o cümlədən qadın namizədlərin sayının nisbətən çoxalması təkmilləşmədir.

Lakin seçkiöncəsi proses və seçki gününün özündə ciddi problemlər qeydə alınıb. Seçkiöncəsi mühitdə namizədlərin media tərəfindən balanslı şəkildə işıqlandırılmaması, fundamental toplaşma və ifadə azadlıqlarına məhdudiyyətlərin davam etməsi və namizədlərin qeydə alınması prosesindəki qüsurlar namizədlər üçün mübarizə meydanını qeyri-bərabər edib. Seçki günü Bakıdakı ABŞ səfirliyini təmsil edən müşahidəçilər və onların ATƏT-dən olan həmkarları seçki prosedurlarının ciddi pozuntularını, o cümlədən qutulara bülleten doldurulmasını qeydə alıb.

Avropa Birliyinin Ali Təmsilçisi Katerin Eşton Azərbaycan rəsmilərini demokratik prinsiplər və insan hüquqları baxımından beynəlxalq öhdəlikləri şərəfləndirmək yönümündə səylərini artırmağa çağırıb.

ABŞ da Azərbaycan hökumətini seçki şikayətlərinə ədalətli, şəffaf və operativ şəkildə baxılmasına diqqət yetirməyə çağırıb ki, seçkilərin düzgün keçirilməsinə müdaxilə edən rəsmilər cavabdeh tutulsunlar. ABŞ bir daha Azərbaycan hökumətini ifadə, toplaşma və qruplaşma azadlığına hörmət etməyə çağırır.

XS
SM
MD
LG