Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdrən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdrən baş məqalə

ABŞ hökumətinin mövqeyini əks etdrən baş məqalə

İranın təhlükəsizlik qüvvələri müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edən nümayişçilərə qarşı dəyənəklər və gözyaşardıcı qazdan istifadə edib. Aksiya mart ayının 1-də müxalifət liderlərinin ailə üzvləri ilə bərabər evlərindən aparıldığına dair xəbərlərin yayılmasından sonra təşkil edilmişdi. Fevral ayının ortalarından bəri onlarla əlaqə saxlamaq mümkün olmayıb. Kərrubi və Musəvi Yaxın Şərq ölkələrindəki demokratiya tərəfdarı nümayiçilərə dəstək nümayiş etdirmək məqsədi ilə yürüş çağırışlarına görə həbs edilib. Onların xanımları ilə bərabər Tehranın Heşmətiyə həbsxanasında saxlandığı deyilir. Müxalifət liderlərinin hər ikisi də 2009-cu il prezident seçkilərində namizədliklərini irəli sürmüşdü. Onlar İranda Yaşıl hərəkat kimi tanınan siyasi cərəyanın üzvüdür. Kərrubi və Musəvi şəffaflıq, siyasi islahatlar və ifadə azadlığını təbliğ edir. Onların çağırışları 2009-cu ildə milyonlarla insanın etiraz əks-sədası ilə qarşılanıb. O zaman nümyişçilərə divan tutulmuşdu. İran hökuməti Mir Hüsyn Musəvi və Mehdi Kərrubinin həbsdə olduğunu inkar edir. Bununla yanaşı hökumət onların yeri barədə danışmaqdan da boyun qaçırır. İranın baş prokuroru Qulam Hüseyn Möhseni Ejehi müxalifət liderləri ilə bütün əlalərin kəsilməsinə, əks təgdirdə digərlərinin də eyni aqibətlə üzləşəcəyi barədə xəbərdarlıq verib. Ötən ay İranın Milli Məclisinin hökumət tərəfdarı üzvləri onların edam edilməsinə çağırmışdı. Kərrubi və Musəviyə qarşı bu ölçülər ölkə daxili və xaricində qəzəblə qarşılanır. Etiraz aksiyası iştirakçıları ilə birgə, Ayətulla Əli Montəzirinin oğlu Əhməd Montəziri və Ayətulla Yusif Sanei də həbsləri qınayaraq, onların təcili şəkildə azad edilməsinə çağırıb. Ağ Ev sözçüsü Cey Karni bildirib ki, ABŞ müxalifət liderlərinin həbsini qəbuledilməz hesab edir, Kərrubi və Musəvinin azad edilməsinə səsləyir. ABŞ dövlət katibi Hillari Klinton bu yaxınlarda Cenevrədə İnsan Hüquqları Şurasındakı çıxışı zamanı İran hökumətinin xaricdə zorakılıq və daxildə turablıq siyasətini pisləyib. Hillari Klinton deyib ki, İranın insan ləyaqətinə hörmətsizliyi, azadlıq və ədalət carçılarını susdurması hər kəs tərəfindən pislənməlidir.

XS
SM
MD
LG