Accessibility links

ABŞ hərbçisi qoşunların İraqdan çıxarılmasından narahatdır

  • Asgar Asgarov

ABŞ hərbçisi qoşunların İraqdan çıxarılmasından narahatdır

ABŞ hərbçisi qoşunların İraqdan çıxarılmasından narahatdır

Yüksək rütbəli ABŞ hərbi rəsmisi bildirir ki, o, Amerika qüvvələri tərk etdikdən sonra İraqın gələcəyindən narahatdır, amma prezident Barak Obamanın ilin sonunadək qoşunları iraqdan çıxarması qərarı ilə razılaşır.

Baş Qərargahlar rəisi general Martin Dempsi Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verib.

ABŞ müdafiə naziri Leon Panetta da ifadə verib. O, komitəyə söyləyib ki, o, İraqın üzləşdiyi çətinliklərin öhdəsindən gələ biləcəyinə inanır. Bu sıraya ekstremistlərdən mümkün hücumlar, siyasi fraksiyalar arasında ixtilaflar və xarici hücumdan müdafiə daxildir.

Prezident Obama İraq baş naziri Nuri əl-Maliki ilə danışıqlardan sonra oktyabrda qoşunların çıxarılacağını elan etdi. Cənab Obama dedi ki, o, və cənab Maliki qərar üzərində razılaşıblar.

XS
SM
MD
LG