Accessibility links

ABŞ hərbi dənizçisi qətllərə görə vicdan əzabı çəkdiyini bildirib


ABŞ hərbi dənizçisi qətllərə görə vicdan əzabı çəkdiyini bildirib
ABŞ hərbi dənizçisi qətllərə görə vicdan əzabı çəkdiyini bildirib

Silahsız 24 iraqlı mülki vətəndaşın ölümündə ittiham olunan ABŞ hərbi dənizçisi məhkəmədə indiyədək insan ölümünə görə həbsdə olmadığını bildirib.

Kaliforniya ştatının Kamp Pendleton hərbi məhkəməsində serjant Frank Vuterik qətllərə görə vicdan əzabı çəkdiyini bildirib. Ancaq o, hərbi hakimlərə qadın və uşaqlara atəş açmadığını bildirib.

Vuterik iki gün öncə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinmişdi. Daha əvvəl o, qəsdən adam öldürmədə ittiham edilirdi.

Vuterik və daha 7 hərbçi onların silah yoldaşı bomba hücumunda öləndən sonra evlərə basqın edərək, uşaqlar və yaşlılar da daxil olmaqla sakinlərə atəş açmaqda ittiham olunurdu.

XS
SM
MD
LG