Accessibility links

ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib


ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib
ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib

ABŞ hərbi donanması Abraham Linkoln təyyarədaşıyan gəmini və başqa gəmiləri Hörmüz Boğazı vasitəsilə İran Körfəzindən Ərəbistan Dənizinə göndərib.

Hərbi gəmilər körfəzdə mütəmadi patrullar həyata keçirirlər.

Amerika gəmilərində olan zabitlər boğazdan keçərkən iranlı hərbçilərlə təmasa girməyiblər.

İranın ordu rəhbəri dekabrda xəbərdarlıq etmişdi ki, ABŞ hərbi donanması körfəzə qayıtmasın.

ABŞ hərbi qüvvələri bəyan edib ki, bu növ hədələr donanmanı beynəlxalq sularda fəaliyyət göstərməkdən çəkindirməyəcək.

XS
SM
MD
LG