Accessibility links

ABŞ hərbi rəsmisi: Şimali Koreya sabitliyi pozmaq kursunu davam etdirir


ABŞ hərbi rəsmisi: Şimali Koreya sabitliyi pozmaq kursunu davam etdirir
ABŞ hərbi rəsmisi: Şimali Koreya sabitliyi pozmaq kursunu davam etdirir

Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə Şimali Koreyanın nüvə fəaliyyətlərini genişləndirməsinə dair yayılan məlumatlar göstərir ki, kommunist ölkəsi regionun sabitliyini pozmaq kursunu davam etdirir. ABŞ Birgə Qərargahlar rəisi Mayk Mallen CNN telekanalına müsahibəsində bu barədə açıqlama verib. Bu günlərdə ABŞ-a məxsus özəl təhlükəsizlik firması satelit şəkilləri vasitəsilə Şimali Koreya hökumətinin eksperimental yüngül su nüvə reaktoru inşa etdiyini aşkar edib. Vaşinqtonda yerləşən nüvə araşdırma təşkilatı - Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu – bu həftə istifadədən çıxarılmış Yonqbyon nüvə obyektində yeni inşaat işlərinin getdiyini göstərən şəkillər açıqlayıb. Obama administrasiyasının Şimali Koreya üzrə xüsusi elçisi Stefen Bozvört ABŞ-ın Şərqi Asiya tərəfdaşları ilə məsləhətləşmələr aparmaq üçün regiondadır.

XS
SM
MD
LG