Accessibility links

ABŞ hərbisi bir Amerikalı əsgərin bazar günü İraqda patrula hücum zamanı qətlə yetirildiyini bildirib


Pripadnici iračke vojske u Bagdadu

Pripadnici iračke vojske u Bagdadu

İraqda 2003-cü ilin mart ayından başlamış müharibədə 4400-dən artıq ABŞ əsgəri həlak olub

ABŞ hərbi dairələri bazar günü İraqda patrula hücum zamanı bir Amerika əsgərinin öldürüldüyünü bildirib. Bu gün verilən bəyanatda hücumun Baqübədə baş verdiyi deyilib, lakin ətraflı məlumat verilməyib. İraqda 2003-cü ilin mart ayında müharibənin başlamasından indiyə qədər 4400-dən çox ABŞ əsgəri həlak olub. Dünən bir neçə bomba partlayışı və maşından açılan atəş nəticəsində əlavə olaraq azı 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. ABŞ-ın bu ayın sonunda öz döyüş qoşunlarının tamamını İraqdan çıxartmağa hazırlaşdığı bir zamanda baş verən hadisələr təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

XS
SM
MD
LG