Accessibility links

ABŞ Şimali Koreyanın ittihamlarını rədd edib


DMZ kimi tanınan əraziyə əlavə silahlar gətirildiyini bildirən Pxenyan silahlar oradan çıxarılmadığı halda, buna cavab verəcəyi ilə hədələyib

Cənubi Koreyada ABŞ-ın başçılıq etdiyi BMT qoşunları Şimali Koreyanın iki ölkəni ayıran silahlaşdırılmış zonada ağır artileriya yerləşdirildiyinə dair ittihamlarını rədd edib. ABŞ qüvvələrinin sözçüsü Deyvid Oten deyib ki, Pxenyanın ittihamları həqiqəti əks etdirmir. Atəşkəs zonasında hər iki tərəfin yalnız tapanca və tüfənglərdən istifadə etməyə icazəsi var. Şimali Koreya deyir ki, DMZ kimi tanınan əraziyə başqa silahlar gətirilib və silahlar oradan çıxarılmadığı halda, buna cavab verəcəyi ilə hədələyib. Şimal habelə iyul ayında Sarı dənizdə ABŞ və Cənubi Koreya qüvvələrinin keçirməsi planlaşdırılan hərbi təlimlərə etirazını bildirib.

XS
SM
MD
LG