Accessibility links

ABŞ Şimali Koreyaya ərzaq yardımını dayandırır


ABŞ müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi deyir ki, Birləşmiş Ştatlar Şimali Koreyaya ərzaq yardımını dayandırmağa qərar verib. Buna səbəb Pxenyanın gələn aya planlaşdırdığı raket uçuşudur.

Nazir yardımçısı Piter Lavoy Konqres dinləməsində söyləyib ki, bu növ üçüş Pxenyanın beynəlxalq öhdəliklərini qulaqardına vurmasından irəli gəlir.

Şimali Koreya dövlət televiziyası xəbər verir ki, peykin dinc məqsədlərə xidmət etdiyini sübut etmək üçün tədbirə xarici ekspertlər və jurnalistlər dəvət olunub.

ABŞ, Yaponiya, Cənubi Koreya, Çin və Rusiya Şimali Koreyanı raket uçuşunu təxirə salmağa çağırıblar. Uçuş aprelin ikinci həftəsi üçün nəzərdə tutulub.

XS
SM
MD
LG