Accessibility links

ABŞ iqtisadiyyatı gözlənildiyindən daha ləng inkişaf edir

  • Amerikanın səsi

ABŞ iqtisadiyyatı gözlənildiyindən daha ləng inkişaf edir

ABŞ iqtisadiyyatı gözlənildiyindən daha ləng inkişaf edir

Bildirildiyinə görə ABŞ iqtisadiyyatı aprel, may və iyun aylarında düşünüldüyündən daha ləng inkişaf edib. Bu o deməkdir ki, dünyanın ən böyük iqtisadiyyatı yenidən böhranla üzləşə bilər. Ticarət Nazirliyinin bu günkü məlumatında deyilir ki, bu ilin ikinci rübündə iqtisadiyyat bir faiz artıb. Bu, mütəxəssislərin ilkin ehtimal etdikləri 1.3 faizdən və investorların gözləntilərindən azdır. İqtisadi artıma dair narahatlıqları nəzərə alaraq investorlar bu gün ABŞ Mərkəzi Bankının rəhbərinin çıxışını diqqətlə izləyəcəklər.

Federal Ehtiyyatlar da adlanan Mərkəzi Bankın rəhbəri Ben Bernanki, ölkənin şimal-şərqində yerləşən Vyoming ştatında iqtisadiyyatçılar qarşısında bu gün çıxış edəcək.

XS
SM
MD
LG