Accessibility links

ABŞ iqtisadiyyatında dirçəliş əlamətləri nəzərə çarpır

  • Asgar Asgarov

Dow Jones İndeksinin 11 min baldan yuxarı qalxması dirçəlişin başlaması haqda dünya bazarlarına siqnal göndərib.

ABŞ iqtisadiyyatının son onillliklərin ən dərin tənəzzülündən çıxdığına dair işarələr görünür, lakin ekspertlər bunu dəqiqliklə söyləməyin tez olduğunu deyir. Dow Jones Sənaye İndeksinin 11 min baldan yuxarı qalxması dirçəlişin başlaması haqda dünya bazarlarına siqnal göndərib. Bu, son bir il ərzində səhm indeksinin əldə etdiyi ən yüksək göstəricidir. İqtisadçılar bildirir ki, səhm birjaları adətən iqtisadi durumun 6-9 ay sonra hansı vəziyyətdə olacağınıa işarə edir. Başqa müsbət siqnallar sırasında idxalın artdığı və bizneslərin artana təlabatla üzləşdiyinə dair göstəricilər yer alıb. Lakin bəzi investorlar Amerikanın ən iri alümunum şirkəti olan Alkoanın gözlənildiyidnən daha az qazanc əldə etməsindən məyus olublar.

XS
SM
MD
LG