Accessibility links

ABŞ hökuməti İsveçrə banklarında pul saxlayan amerikalıları müəyyən etməyə çalışır

  • Amerikanın səsi

ABŞ hökuməti İsveçrə banklarında pul saxlayan amerikalıları müəyyən etməyə çalışır

ABŞ hökuməti İsveçrə banklarında pul saxlayan amerikalıları müəyyən etməyə çalışır

İsveçrə mənbələri bildirir ki, ABŞ hökuməti İsveçrədən minlərlə Amerika vətəndaşının həmin ölkədəki maliyyə tranzaksiyaları ilə bağlı detalları açıqlamağı xahiş edib. Vaşinqton rəsmiləri həmin vətəndaşların vergidən yayındığını güman edir.

Avqustun 31-də ABŞ baş prokurorunun müavini Ceyms Koulun imzaladığı məktub Credit Suisse və başqa doqquz İsveçrə bankından maliyyə detallarını təqdim etməyi xahiş edir. Bu xahişə müsbət cavab verilmədiyi təqdirdə ABŞ rəsmisi banklara qarşı cinayət işi açılacağı ilə hədələyib.

Bazar günü qəzetlərində yayılmış məlumata nə ABŞ nə də İsveçrə rəsmiləri şərh verməyiblər. Sonntags Zeitung qəzeti İsveçrə rəsmisinə istinad edərək Vaşinqtonun banklarda 50 000 dollardan çox pul saxlayan ABŞ vətəndaşları haqda sorğu göndərdiyini yazır.

XS
SM
MD
LG