Accessibility links

ABŞ İranı müxalifət liderlərini azad etməyə çağırır


Mehdi Kərrubi, Zəhra Rahnavərd və Mir Hüseyn Musəvi

Mehdi Kərrubi, Zəhra Rahnavərd və Mir Hüseyn Musəvi

ABŞ Dövlət Departamenti İranı heç bir ittiham irəli sürülmədən ev dustağı kimi saxlanılan üç müxalifət liderini azad etməyə çağırıb.

Iranda 2009-cu ildə prezident seçkisində namizəd olmuş Mehdi Kərrubi və Mir Hüseyn Musəvi, eləcə də Musəvinin həyat yoldaşı, qadın hüquqları müdafiəçisi Zəhra Rahnavərd beş ildir ev dustağıdır.

2009-cu ildə saxtalaşdırıldığı dedikləri seçkilərdə Mahmud Əhmədinejadın qələbəsindən sonra Musəvi və Kərrubi etiraz aksiyalarına başçılıq edib. Onlar 2011-ci ildə fevralın 14-də Tehranda tərəfdarlarının hökumət əleyhinə nümayiş keçirdiyi zaman həbs edilib.

"Biz bu üç şəxsin və eləcə də dini və siyasi görüşlərinə görə saxlanılan bütün məhbusların dərhal azad edilməsi çağırışını bir daha təkrar edirik"-Dövlət Departamentinin sözçüsü Mark Toner

Bazar günü açıqlanan bəyanatda Dövlət Departamentinin beynəlxalq ictimaiyyətə qoşularaq, müxalifət liderlərinin saxlanmasına və onların ailə üzvlərinə qarşı təqiblətə etiraz etdiyi bildirilir.

"Birləşmiş Ştatlar İran hökumətini ən azı ədalətli məhkəmənin keçirilməsinə qarantiyalar və vətəndaşların məhkəməsiz həbsi, ya da saxlanmasından imtina edilməsi də daxil olmaqla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırmağa davam edəcək. Biz bu üç şəxsin və eləcə də dini və siyasi görüşlərinə görə saxlanılan bütün məhbusların dərhal azad edilməsi çağırışını bir daha təkrar edirik"-deyə Dövlət Departamentinin sözçüsü Mark Toner bəyanatda bildirib.

XS
SM
MD
LG