Accessibility links

ABŞ kəşfiyyatının rəhbəri Pakistandadır


ABŞ kəşfiyyatının rəhbəri Pakistandadır

ABŞ kəşfiyyatının rəhbəri Pakistandadır

Mərkəzi Kəşfiyyat Agentlyinin direktoru Leon Panetta Pakistana elan olunmamış səfərini davam etdirir. Dünən cənab Panetta Pakistan ordusunun baş generalı Əşfaq Pərviz Kayani və Pakistan xüsusi xidmətinin rəhbəri General-Leytenant Əhməd Şuca Paşa ilə görüşüb.

Panettanın Pakistana səfəri mayın 2-də ABŞ kommandoları tərəfindən Üsama bin Ladenin öldürülməsi ilə nəticələnən reyddən bəri bu ölkəyə ilk səfəridir. Həmin reyddən sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik yaranıb.

Səfərə çıxmazdan öncə ABŞ qanunvericiləri qarşısında çıxış edən Leon Panetta Pakistanla əlaqələri gücləndirməyin vacib olduğunu bildirmişdi.

XS
SM
MD
LG