Accessibility links

ABŞ Konqresində “Arakəsmələr arxasındakı blogerlər” mövzusunda müzakirə keçirildi


ABŞ Konqresində “Arakəsmələr arxasındakı blogerlər” mövzusunda müzakirə keçirildi
ABŞ Konqresində “Arakəsmələr arxasındakı blogerlər” mövzusunda müzakirə keçirildi

Tədbirdə dünyada həbsdə olan onlayn jurnalistlərinin sayının həbsdə olan ənənəvi jurnalistlərin sayını keçməsi və buna qarşı mübarizənin mümkün yolları müzakirə olundu.

ABŞ Konqresində Demokratiya İnkişaf Foundunun sponsorluğu ilə həbsdə olan jurnalistlərə həsr olunmuş “Arakəsmələr arxasında olan blogerlər” mövzusunda müzakirə keçirildi. Tədbirdə Demokratiya İnkişaf Foundunun prezidenti Karl Qreşmen və digər ekspertlər iştirak etdi.

Tədbir zamanı dünyada həbsdə olan onlayn jurnalistlərinin sayının həbsdə olan ənənəvi jurnalistlərin sayını keçməsi və buna qarşı mübarizənin mümkün yolları müzakirə olundu.

Onlayn jurnalistlərin və blogerlərin ən çox həbs olunduğu, söz və ifadə azadlığının məhdudlaşdırıldığı təhlükəli ölkələr siyahısına İran, Çin və Misir daxildir. Internet vasitəsi ilə yayımlanan mətbuat hesabatlarının təsir dairəsi artıqca repressiv rejimlər və avtoritar hökumətlər zorakılıq cəhdlərini artırır. Ənənəvi jurnalistlərdən fərqli olaraq heç bir mətbuat şirkəti üçün işləməyən və müstəqil olan blogerlər və jurnalistlər belə ölkələrdə daha artıq təhlükələrə məruz qalır.

Experlərdən Tinçi Martin-Liao Çin hökumətinin ölkədə bir çox internet səhifələrini nəzarət altına alması və tərkibini təmizləməsini, Çindəki kommunist rejimini tənqid edən blogerləri həbsə saldığını, insanların bir-birinə göndərdikləri elektron məktublara nəzarət edilməsini və bir sıra digər məhdudiyyətlər qoyduğunu bildirdi.

Demokratiya İnkişaf Foundunun prezidenti Karl Qreşmen blogerlərin həbsə salındığı ölkələr siyahısında Azərbaycanın da adını çəkdi.

O söylədi ki, Emin Milli və Adnan Hacızadə internet vasitəsi ilə hökumətdə olan korrupsiyanın və digər problemlərin satirik tənqidini yayan videoya görə 2 illik həbs cəzasına məhkum olunub. Bu iki gəncin hökuməti sadəcə olaraq satirik tənqid etməsi onların ailələrinin böyük kədərinə səbəb olub.

Expertlərdən iranlı Umid Memaran isə bir çox blogerin İran hökumətini keçən il prezident seçkilərinə görə tənqid etməsi və buna qarşı etirazlarının həbs cəzası ilə nəticələndiyini bildiridi. O söylədi ki, represssiv rejimlərdə baş verənlərdən xəbərdar olmaq üçün müasir dövrdə internet ən güclü vasitədir.

Expertlər blogerlərin həbsinə qarşı mübarizə yollarını da müzakirə etdilər. Bu mübarizə yalnız ABŞ deyil, beynəlxalq səviyyədə aparılmalıdır. Blogerlərin kimliyinin aşkar edilməməsi üçün Google, Yahoo, Facebook kimi müasir internet şirkətlərinin rolu mühümdür.

Bu cür texniki şirkətlərin kimliyi müdafiə edən, internet səhifələrinə nəzarət bacarığı olan programları məhdudlaşdıran və bu kimi yeni softver programları inkişaf etdirməsi blogerlərin həbsinin azalması və repressiv rejimlərin hərəkətlərini aşkara çıxarmaq səylərinə kömək edəcək.

XS
SM
MD
LG