Accessibility links

Konqresmen Tim Holden:"Xocalıda azərbaycanlılar presedenti olmayan qırğına məruz qalıb"


Konqresmen Tim Holden:"Xocalıda azərbaycanlılar presedenti olmayan qırğına məruz qalıb"

Konqresmen Tim Holden:"Xocalıda azərbaycanlılar presedenti olmayan qırğına məruz qalıb"

ABŞ konqresmeni Tim Holden Xocalı faciəsənin 19-cu ildönümü ilə bağlı bəyanatla çıxış edib

Pensilvaniya ştatından ABŞ konqresmeni Tim Holden martın 16-da Konqresin Nümayəndələr Palatasının iclasında Xocalı faciəsinin anılması ilə bağlı bəyanatla çıxış edib. Onun çıxışı Konqresin protokollarına salınıb. Konqresmen Holden 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində azərbaycanlıların presedenti olmayan qırğına məruz qaldıqlarını bəyan edib. O, Azərbaycanı Birləşmiş Ştatların uzun zamandır müttəfiqi və dostu adlandırıb. Pensilvaniya konqresmeni deyib ki, Yaxın Şərqdə iğtişaşların baş verdiyi bir zaman Azərbaycanla sülh alyansı indi həmişə olduğundan daha böyük əhəmiyyət kəsb edib. Konqresmen Holden dəhşətli hadisə adlandırdığı Xocalı faciəsinin ildönümü azərbaycanlıların xatirəsini anmaq üçün həmkarlarını ona qoşulmağa çağırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG