Accessibility links

ABŞ konqresmenləri Amerika-Azərbaycan münasibətləri ilə bağlı prezidentə məktub göndərib


ABŞ konqresmenləri Amerika-Azərbaycan münasibətləri ilə bağlı prezidentə məktub göndərib
ABŞ konqresmenləri Amerika-Azərbaycan münasibətləri ilə bağlı prezidentə məktub göndərib

Məktubda Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyəti diqqətə çatdırılır

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrupunun 10 üzvü prezident Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub göndərib. Bu barədə Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ Konqresinin üzvləri Bil Şuster, Solomon Ortiz, Maykl Konavey, Maykl Makmahon, Dan Barton, Con Buzman, Hovard Kobl, Syu Mirik, Denni Rehberq və Tim Raynın prezidentə ünvanladığı məktubda deyilir ki, Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır. Azərbaycan və ABŞ iqtisadi, hərbi, terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir, Azərbaycan Əfqanıstana yük nəqliyyatı üçün öz ərazisindən istifadə etmək yolu ilə NATO-nun Əfqanıstandakı əməliyyatlarını dəstəkləyir. "Ümumi məqsədlərə nail olmağa səmərəli töhfəsini verən Azərbaycan NATO və Avropa İttifaqının Cənubi Qafqazda etibarlı tərəfdaşıdır".

Konqresmenlər qeyd edir ki, ABŞ hökumətinin Azərbaycana birbaşa yardım göstərməsini qadağan edən 1992-ci ilin 907-ci düzəlişi regionda ABŞ-ın milli maraqlarına ziddir və iki ölkə arasında strateji tərəfdaşlığın genişlənməsi yolunda ciddi maneə olaraq qalır.

Məktubda həmçinin vurğulanır ki, Birləşmiş Ştatların səfirinin 2009-cu ilin iyun ayından etibarən Azərbaycanda olmaması gərəksiz qeyri-müəyyənlik yaradır.

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Amerika Moskva və Parislə birgə vasitəçilik missiyasında böyük fəallıq göstərməlidir", - deyə məktubda qeyd edilir.

XS
SM
MD
LG