Accessibility links

ABŞ konqresmenləri Azərbaycanın Respublika gününü təbrik ediblər


ABŞ konqresmenləri Azərbaycanın Respublika gününü təbrik ediblər

ABŞ konqresmenləri Azərbaycanın Respublika gününü təbrik ediblər

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvü Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə təbrik mesajları ilə çıxış ediblər.

Müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 ABŞ qanunvericisi Konqresin Nümayəndələr Palatasında təbrik bəyanatları verib. Bunlar Pensilveniya ştatından respublikaçı konqresmen Bil Şuster, Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Oklahamo ştatından demokrat Den Boren, Şimali Karolina ştatından respublikaçı Konqres üzvü Virciniya Foks, Nyu Cersi ştatından demokrat qanuverici Edolfus Tauns, Arizona ştatından demokrat konqresmen Ed Pastor və Kentaki ştatından respublikaçı qanunverici Ed Uitfildir.

ABŞ qanunvericiləri öz çıxışlarında Azərbaycanın dünyəvi və demokratik bir dövlət olduğunu, ABŞ və NATO-nun Əfqanıstanda səylərinə dəstək verdiyini, Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk demokratik respublika olduğunu, Azərbaycanın geo-siyasi mövqeyinə görə Qərb və Şərq arasında körpü rolunu oynamaq imkanını qazandığını və ölkənin Cənubi Qafqaz bölgəsinin mədəniyyətinə böyük töhfələr verdiyini bildiriblər.

Konqresmenlərin bəyanatları ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasının protokoluna salınıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG