Accessibility links

ABŞ-la Çin arasında iki günlük danışıqlar başa çatıb


Rəsmilər müzakirələrdən sonra mətbuata açıqlama verib

ABŞ və Çinin ali rəsmiləri Pekində valyuta islahatları, ticarət və Koreya yarımadasında son gərginlikləri əhatə edən iki günlük danışıqları başa vurublar. ABŞ dövlət katibi Hillari Klinton danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Cənubi Koreyaya məxsus hərbi dəniz gəmisinin Şimali Koreya tərəfindən batırılmasına cavab vermək üçün Birləşmiş Ştatlar Çin və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edə bilər. Çinin dövlət müşaviri Day Binqquo jurnalistlərə deyib ki, iki ölkə stabilliyin bərpa olunmasının vacibliyi barədə razılığa gəlib. Valyuta islahatları məsələsinə gəldikdə isə ABŞ maliyyə naziri Timoti Qaytner bildirib ki, milli valyutası olan yuan üzərində islahatlar aparmaq Çinin öz qərarıdır.

XS
SM
MD
LG