Accessibility links

Cənubi Kaliforniyada ABŞ gömrük sisteminin rəsmiləri Asiyaya aparılan oğurluq 16 lüks maşını nümayiş etdiriblər. Bunların sırasında Ferrari, Mersedes və Audi markalı maşınlar var.

Maşınlar Los Anceles və Lonq Biç limanlarında, dördü isə çatdıqdan sonra Vyetnam limanında ələ keçirilib.

Bu maşınların ümumi qiyməti milyon yarım dollardır.

Onların sırasına BMW, Mersedes cipləri və 280 min dollar dəyərində Audi Quattro və qara 2010 Ferrari 458 Italia daxildir.

Sərhəd patrulunun sözlərinə görə Honq Konqa göndərilən Ferrari sənədlərdə "idman avadanlığı" kimi təsvir olunub.

XS
SM
MD
LG