Accessibility links

ABŞ Liviyada səfirlik açır

  • Amerikanın səsi

ABŞ Liviyada səfirlik açır

ABŞ Liviyada səfirlik açır

ABŞ Liviyanın paytaxtı Tripolidə yenidən səfirlik açmağa hazırlaşır. Səfir Gin Kretz bu gün Tripoliyə qayıdır. ABŞ bayrağı missiyası üzərində qaldırılacaq. Kretz Tripolidə 2010-cu ilin dekabrına qədər qalmalı idi. Lakin WikiLeaks-n Liviyanın sabiq dövlət başçısı Müəmmər Qəzzafinin şəxsi həyatına dair məlumat açıqlamasından sonra o, Liviyanı tərk etmişdi. Məlumatda Qəzzafi ”İdarəedilməz” və “hipoxondrik” kimi qələmə verilmişdi.

NATO isə Liviyadakı əməliyyatlarını daha üç ay müddətinə uzadıb. NATO-nun baş kativbi Anders Foq Rasmussen bildirib ki, alyans missiyasını lazım olan müddətə uzadacaq.

XS
SM
MD
LG