Accessibility links

ABŞ maliyyə naziri Çinə səfər edib

  • Amerikanın səsi

ABŞ maliyyə naziri Çinə səfər edib

ABŞ maliyyə naziri Çinə səfər edib

ABŞ maliyyə naziri Timoty Qaytner Çin rəsmilərini ABŞ-ın İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyə inandırmaq üçün Pekinə gedib. Qaytner İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə təsisatlarına qarşı ABŞ-ın yeni sanksiyaları barədə çıxardığı qanunvericiliyi dəstəkləmək üçün Çinlə əməkdaşlığa nail olmağa çalışır. İranın əsas sifarişçilərindən olan Çin bir neçə dəfə ABŞ-ın sanksiyalarına qarşı çıxıb və deyib ki, sanksiyalar birtərəflidir və İranı münaqişəli nüvə proqramını dayandırmağa inandırmağa kömək etməyəcək. Dünən Çin xarici işlər nazirinin müavini Cui Tiankai İranın neft idxalını müdafiə edib. O deyib ki, Çin İran ticarət münasibətlərinin nüvə məsələsi ilə heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG