Accessibility links

ABŞ məhkəməsinin pakistanlı alimi 86 il müddətinə azadlıqdan məhrum etməsi qərarı narazılıqla qarşılanıb

Pakistanın Xarici İşlər Nazirliyi ABŞ məhkəməsinin pakistanlı alimi 86 il müddətinə azadlıqdan məhrum etməsi qərarına görə narazılığını bildirib

Pakistanın Xarici İşlər Nazirliyi ABŞ məhkəməsinin pakistanlı alimi 86 il müddətinə azadlıqdan məhrum etməsi qərarına görə narazılığını bildirib. Nazirliyin sözçüsü Aafia Siddiqinin vətənə qaytarılmasına çalışacağını deyib. Pakistanda alimin cəzasına etiraz aksiyaları ilə reaksiya verilib. Nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirib. Siddiqiyə qarşı qətl, hücum və digər ittihamlar fevral ayında irəli sürülüb. Onun 2008-ci ildə Əfqanıstanda ABŞ əsgərinin silahını əlindən alıb, federal Təhqiqat Bürosunun agentini öldürdüyü bildirilir. Siddiqinin vəkili apellyasiya məhkəməsinə müraciət ediləcəyini deyib.

XS
SM
MD
LG