Accessibility links

ABŞ mətbuatı Azərbaycanda Eurovision və insan haqlarının vəziyyətindən yazır


Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi Azərbaycan musiqi mədəniyyəti ilə yanaşı, ölkədə insan haqlarının vəziyyətini və digər problemləri də Avropaya tanıtmaqdadır. Ancaq insan haqları ilə bağlı məsələnin ciddiliyi onun Avropa hüdudlarında da kənara çıxmasına səbəb olub. Belə ki, ABŞ-ın və eləcə də dünyanın bir çox mətbuat orqanı Eurovision zamanı ölkədə insan haqlarının vəziyyətinə diqqəti yönəldib.

New York Times-da “Eurovision hə, nəzarətə yox” adı ilə dərc olunan məqələdə deyilir ki, Azərbaycanda keçirilən Eurovision mahnı müsabiqəsi diqqətləri insan haqları pozuntularına yönəldib. Qəzetin insan haqları fəallarına istinad edərək prezident İlham Əliyev hökumətinin dünyada ən repressiv rejimlərdən biri olduğunu yazıb. Məqalədə müəllif habelə diqqəti Bakıda keçirilən “Demokratiya naminə oxu” kampaniyasına yönəldərək Şahvələd Çobanoğlu mətbuat konfransındakı çıxışına istinad edir: “Azərbaycanda insanlar hədə-qorxu içərisində yaşayır”.

Məsələ CNN-in də diqqətindən yayınmayıb. “Eurovision mahnı müsabiqəsi nə üçün Azərbaycanda keçirilməməlidir” adlı məqalədə deyilir ki, Əliyev hökuməti xüsusilə korrupsiya ilə tanınır və Transparency International ölkəni dünyada ən çox korrupsiyaya uğramış dövlətlər sırasında göstərir. “Məlumatlara görə, Əliyevlər ailəsi telekomlar, inşaat, ev alqı-satqıları, aviasiya və təbii ehtiyatlar da daxil olmaqla demək olar ki, bütün özəl sektora nəzarət edir”- deyə CNN yazır.

Los Angeles Times isə Azərbaycanda keçirilən Eurovision mahnı müsabiqəsi barədə məqaləyə bu cümlə ilə başlayır: “Küçələrdə nümayişlər və qarşıdurmalar. Kiber hücumlar. İrandan qəzəb dolu sözlər.” Məqalədə diqqət ölkədə baş verən zorakılıqlara Avropa Yayım Birliyinin “ölümcül sakitliyi”nə yönəldilir. Qəzet yazır: “Amnesty International bunu tənqid edərək deyib ki, Birlik ifadə azadlığını müdafiə etməyə söz verib”.

Bloogberg.com-da Metyu Brayzanın müəllifi olduğu “Eurovision Azərbaycanı dəyişikliklərə kökləyə bilər” başlıqlı məqaləsi Eurovision-un Azərbaycanın dünyaya tanıdılmasında müstəsna rol oynadığı deyilsə də, insan haqları göstəricilərinə də diqqəti çəkir. Məqalədə deyilir ki, insan haqları fəalları başa düşür ki, Eurovision Azərbaycanın uğursuzluqlarını önə çəkmək üçün əla imkandır.

XS
SM
MD
LG