Accessibility links

ABŞ müdafiə naziri pakistanlı həkimin məhkum edilməsindən hiddətlənib


Əl-Qaida lideri Osama bin Ladenin Abbotabaddakı imarəti
Əl-Qaida lideri Osama bin Ladenin Abbotabaddakı imarəti

ABŞ müdafiə naziri Leon Panetta Pakistan hökumətinin terrorçu lider Osama bin Ladenin tapılmasına yardım göstərmiş həkimi 33 il azadlıqdan məhrum etməsini “anlaşılmaz” adlandırıb.

34 yaşlı pakistanlı həkim Şakil Afridi ötən həftə tayfa məhkəməsində mühakimə olunaraq uzun müddətli həbs cəzası alıb. Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ilə əməkdaşlıq edən Afridi Abbotabad şəhərində Əl-Qaida lideri Osama bin Ladenin içərisində yaşadığı imarət yaxınlığında saxta peyvənd klinikası işlədirdi. Məqsəd bin Ladenin yerini müəyyən etmək üçün onun ərazidəki yaxınlarından DNK toplamaq idi.

“Dünyanın ən dəhşətli terrorçusunu yaxalamaqda kömək etmiş bir adama 33 il həbs cəzası verilməsini heç cür başa düşə bilmirəm”, deyə Panetta ABC telekanalına bildirib.

ABŞ müdafiə naziri əlavə edib ki, həkim Pakistana qarşı deyil, Əl-Qaidaya qarşı işləyirdi. Onun sözlərinə görə belə bir adamın məhkum edilməsi ABŞ-Pakistan münasibətləri üçün yaxşı heç nə vəd etmir.

XS
SM
MD
LG