Accessibility links

ABŞ Müdafiə Naziri İranla bağlı siyasətdən narahatdır

  • Asgar Asgarov

New York Times qəzeti xəbər verir ki, cənab Geyts milli təhlükəsizlik müşaviri General Ceymz Counsa yanvar ayında yazdığı məxfi memorandumda ABŞ-ın İranla bağlı planlarında çatışmazlıqları diqqətə çatdırıb.

ABŞ qəzeti yazır ki, Müdafiə Naziri Robert Geyts Ağ Evə İranın nüvə ambisiyalarının qarşısını almaq üçün effektiv strategiya olmaması barədə xəbərdarlıq edib. New York Times qəzeti xəbər verir ki, cənab Geyts milli təhlükəsizlik müşaviri General Ceymz Counsa yanvar ayında yazdığı məxfi memorandumda ABŞ-ın İranla bağlı planlarında çatışmazlıqları diqqətə çatdırıb. Bir çox analitiklər hesab edirlər ki, İran atom bombası yaratmadan da nüvə silahının başlıca komponentlərini yığa bilər. Memorandumda Müdafiə Naziri İranın sponsorluq etdiyi terror qruplarının nüvə yanacağı yaxud silahlar ələ keçirməsi mümkünlüyünü də müzakirə edib.

XS
SM
MD
LG