Accessibility links

ABŞ-ın sabiq prezidenti Con F. Kennedinin qətlindən 48 il keçir


ABŞ-ın sabiq prezidenti Con F. Kennedinin qətlindən 48 il keçir
ABŞ-ın sabiq prezidenti Con F. Kennedinin qətlindən 48 il keçir

Birləşmiş Ştatlar vətəndaşları sabiq prezident Con F. Kennedinin qətlinin 48-ci ildönümünü qeyd etdiyi bir vaxt prezidenti müfazə agentliyinin sabiq işçisi Amerikanın Səsinə hadisə zamanı təhlükəsizlik tədbirlərinin kifayət qədər güclü olmadığınıl deyib.

O zaman Birləşmiş Ştatların Məxfi Xidmət Agentliyində çalışan Cerald Bleyn 1963-cü il noyabr ayının 22-də prezident Kennedinin hücuma məruz qalmasının səbəbini təhlükəsizlik işçilərinin sayının kifayət qədər olmaması ilə izah edib.

Cənab Bleyn deyib ki, Texasın Dallas şəhərində həyat yoldaşı ilə açıq maşında gedən zaman prezidenti müşayiət edən 34 agent öz aralarında radio ilə deyil, əl işarələri avsitəsilə əlaqə saxlayıblar.

Bleynin sözlərinə görə, gənc prezidentin bütün dünyanı sarsıdan qətli Birləşmiş Ştatlarda Məxfi Xidmət agentliyinə daha artıq maliyyənin ayrılması və prezidentlərin üstüörtülü avtomobillərdə aparılması kimi təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılmasına gətirib çıxarmışdır.

XS
SM
MD
LG