Accessibility links

ABŞ-ın birinci xanımı Cənubi Afrikaya səfər edir


ABŞ-ın birinci xanımı Cənubi Afrikaya səfər edir
ABŞ-ın birinci xanımı Cənubi Afrikaya səfər edir

Birləşmiş Ştatların birindi xanımı Mişel Obama qitədə gənclər, səhiyyə və təhsil məsələləri ilə bağlı Cənubi Afrikaya beş günlük səfərə başlayıb. ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı bu gün paytaxt Pritoriyada Cənubi Afrika prezidenti Yakob Zuma ilə görüşəcək. Xanım Obamanın eləcə də, Yohanezburq şəhərindəki Mandela Fondu və Aparteid Muzeyinə gedəcəyi planlaşdırılır. Mişel Obama Büyük səhraaltı ölkələrin sosial və iqtisadi inkişafına yardım edən ABŞ-ın sponsorluq etdiyi gənc qadınlar forumunda da nitq söyləyəcəyi gözlənilir. ABŞ-ın birinci xanımı arxiyepiskop Desmond Tutu ilə görüşəcək, QİCS və HİV xəstəliklərinə qarşı mübarizə aparan təşkilatlarda olacaq.

XS
SM
MD
LG