Accessibility links

ABŞ-ın Çindəki səfiri istefa verəcək


ABŞ-ın Çindəki səfiri istefa verəcək

ABŞ-ın Çindəki səfiri istefa verəcək

Con Hantsmanın 2012-ci ildə prezidentliyə namizəd olması gözlənilir

ABŞ-ın Çindəki səfiri istefa verməyə hazırlaşır. Deyilənlərə görə, o, 2012-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd olmaq istəyir.

Ağ Ev rəsmilərinin verdiyi məlumatda deyilir ki, səfir Con Hantsman bu ilin birinci yarısında diplomatik vəzifəsini tərk etmək istəyir.

Yuta ştatının sabiq qubernatoru olan cənab Hantsman prezident Barak Obama tərəfindən 2009-cu ildə Çinə səfir təyin edib. Hantsmanın Çində yaxşı əlaqələri var. O, Çin dilində sərbəst danışır.

XS
SM
MD
LG