Accessibility links

ABŞ-ın Əfqanıstan müharibəsinin 9 il 50 günü tamam oldu


ABŞ-ın Əfqanıstan müharibəsinin 9 il 50 günü tamam oldu

ABŞ-ın Əfqanıstan müharibəsinin 9 il 50 günü tamam oldu

Sovet İttifaqının Əfqanıstanla müharibəsi bu qədər davam etmişdi

Birləşmiş Ştatlar Əfqanıstanda artıq Sovet İttifaqının bu ölkədə müharibə apardığı qədər mübarizə aparıb. Sovet İttfaqı 1989-cu ildə döyüşlərə son qoyanadək 9 il 50 gün Əfqanıstanda hərbi əməliyyatlar keçirmişdi.
Sovetlərdən fərqli olaraq ABŞ Əfqanıstanda mövcudiyyətini ən azı daha 4 il davam etdirəcəyini bildirir. Belə ki, ölkə fəaliyyətlərinə 2014-cü ilə son qoymağı planlaşdırır. Bu həftənin əvvəli Pentaqonun rəhbərliyi ilə açıqlanan hesabata görə, ilin başlanğıcında Əfqanıstana əlavə 30 min əsgərin göndərilməsi ölkədə vəziyyətin yaxşılaşmasına kömək edib. Hesabatda deyilir ki, Əfqanıstanın əsas hissələrində təhlükəsizliyin gücləndirilməsində inkişaf olsa da, Taliban tutarlı qabiliyyəti olan möhkəm düşməndir.

XS
SM
MD
LG