Accessibility links

ABŞ-ın Əfqanıstanda itkin düşən əsgərlərinin axtarışı gücləndirilib


Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin iki əsgəri cümə günü itkin düşüb

Birləşmiş Ştatların yüksək səviyyəli hərbi rəsmiləri ABŞ-ın Əfqanıstanda hərbi qüvvələrinin cümə günü hərbi dəniz qüvvələrinin itkin düşən iki əsgərinin axtarışının gücləndirildiyini deyirlər. Birləşmiş Ştatların Birgə Qərargahlar rəisi, admiral Mayk Mallen bu gün Kabildə mətbuat konfransında danışıb. Taliban isə ABŞ hərbi qüvvələrində xidmət edən bir nəfəri qətlə yetirdiyini, digərinin isə həbs edildiyini bildirib. Talibanın sözçüsü həmin iki nəfərin yaraqlıların nəzarəti altındakı bölgəyə daxil olaraq, amerikalılardan birinin ölümü ilə nəticələnmiş atışmaya səbəb olduğunu bildrimişdir. Associated Press agentliyinin bugünkü məlumatında deyilir ki, Taliban yaraqlıları amerikalının cəsədini həbsdə olan yaraqlılarla dəyişmək barədə təklif irəli sürmüşlər.

XS
SM
MD
LG