Accessibility links

ABŞ-ın fəza gəmisi Beynəlxalq Stansiyaya yola düşdü


ABŞ-ın fəza gəmisi Beynəlxalq Stansiyaya yola düşdü

ABŞ-ın fəza gəmisi Beynəlxalq Stansiyaya yola düşdü

ABŞ fəza şatlı Endeavour Beynəlxalq Fəza Stansiyasına yola düşüb. Bu, cari il sona çatacaq ABŞ fəza proqramı çərçivəsində son səfərdir.

Endeavour bu gün Florida ştatındakı Kennedi Fəza Mərkəzindən havaya qalxıb. Şatlın tərkində 5 amerikalı və bir italiyalıdan ibarət ekipaj var. ABŞ fəza agentliyi NASA bildirir ki, üçüşdan öncə Endeavour-un sistemi qənaətbəxş vəziyyətdə olub. Hava gəmisinin Beynəxalq Fəza Stansiyasına çərşənbə günü qrinviç saatı ilə 10:15-də çatacağı gözlənilir. Missiyaya ABŞ astronavtı Mark Kelli rəhbərlik edir.

XS
SM
MD
LG