Accessibility links

ABŞ-ın Gürcüstandakı səfirliyi yaxınlığında partlayış olub


Gürcüstan rəsmiləri bildirirlər ki, Birləşmiş Ştatların Tbilisi şəhərindəki səfirliyinin yaxınlığında bomba partlayışı baş verib. Hadisədə həlak olan və yaralanan yoxdur. Rəsmilərin dediyinə görə, bomba partlayışı səfirlikdən təxminən 100 metr məsafədə yerləşən məzarlıqda baş verib və məzarlıq idarəsi zədələnib. Rəsmilər qəbiristanlıqda şübhəli cihaz tapdıqlarını və onu zərərsizləşdirdiklərini bildirirlər. Hələlik hadisənin məsuliyyətini öz üzərinə götürən yoxdur. Polis isə hadisəni araşdırdığını bildirir.

XS
SM
MD
LG