Accessibility links

ABŞ-ın iki əsas partiyasının liderləri Konqres seçkilərində qələbəyə inandıqlarını bildirib


ABŞ-ın iki əsas partiyasının liderləri Konqres seçkilərində qələbəyə inandıqlarını bildirib

ABŞ-ın iki əsas partiyasının liderləri Konqres seçkilərində qələbəyə inandıqlarını bildirib

ABŞ-ın Respublikaçılar Milli Komitəsinin sədri noyabrın 2-də keçiriləcək Konqres seçkilərində Respublikaçıların böyük üstünlük qazanacağını bildirib. Demokrat partiyasının Milli Komitəsinin sədri isə bərabər mübarizənin gedəcəyini təxmin edib. Respublikaçı Maykl Stil və Demokrat Tim Keyn bu gün ABŞ-ın müxtəlif televiziya şirkətlərinin proqramlarında çıxış ediblər. Cənab Stil deyib ki, o, 435 yerlik Nümayəndələr Palatasında böyük üstünlük qazanacağına tam inanır. O, 37 üzvün seçiləcəyi Senatda da üstünlüyün onun partiyasının tərəfində olacağını təxmin edib. Cənab Keyn isə həm Nümayəndələr Palatasında, həm də Senatda demokratlərın üstünlüyü əllərində saxlayacağını bildirib.

XS
SM
MD
LG