Accessibility links

ABŞ-ın Milli Kəşfiyyat Şurası bəzi regionların su problemi ilə üzləşəcəyini deyir (FOTOLAR)


ABŞ-ın kəşfiyyata dair son hesabatında gələn 10 il ərzində dünyanın bir çox yerlərində insanların su problemi ilə qarşılacağı bildirilir.

Hesabatda su probleminin dünya ölkələrində sabitliyin pozulmasına, regionlarda gərginliyə və bunun da bəzi ölkələrin ABŞ-la mühüm məsələlərdə əməkdaşlığına mane olacağı deyilir.

Milli Kəşfiyyat Şurasının bu gün açıqladığı hesabat keçən ilin məxfi məlumatlarına əsaslanır. Hesabat qlobal su problemlərin gələn 30 ildə Birləşmiş Ştatların təhlükəsizliyinə təsirlərini öyrənmək məqsədi ilə hazırlanlb.

Hüsabata əsasən ciddi su problemləri ilə qarşılacaq regionlar Şimali Afrika, Yaxın Şərq və Cənubi Asiyadır.

XS
SM
MD
LG