Accessibility links

ABŞ-ın kəşfiyyat rəsmiləri Pakistan hökuməti ilə danışıqlar aparır


ABŞ-ın kəşfiyyat rəsmiləri Pakistan hökuməti ilə danışıqlar aparır
ABŞ-ın kəşfiyyat rəsmiləri Pakistan hökuməti ilə danışıqlar aparır

Nyu York şəhərində həyata keçirilməsinə cəhd göstərilən bomba hücumu mazakirə edilir

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın iki yüksək vəzifəli kəşfiyyat işçisi keçən ay Nyu York şəhərində həyata keçirilməsinə cəhd göstərilən bomba hücumu ilə bağlı Pakistan rəsmiləri ilə danışıqlara başlayıb. Cənab Obamanın milli təhlükəsizlik üzrə məsləhətçisi, general Ceyms Cons və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Leon Panetta bu gün Pakistanın yüksək səviyyəli hökumət və hərbi rəsmiləri ilə görüşəcəkləri və Pakistandakı Talibanın əli olduğu deyilən may ayının 1-i hadisəsi ilə bağlı müzakirələr aparacaqlar. Rəsmilərin eləcə də, Nyu York şəhərində bomba hücumu həyata keçirməyə cəhd gəstərən Feysəl Şahzadın bomba hücumları üzrə təlim aldığı Əfqanıstanla həmsərhəd zona boyu əks-terror planlarını müzakirə edəcəkləri gözlənir.

XS
SM
MD
LG