Accessibility links

ABŞ-ın mərkəzi regionu nəhəng qar tufanı ilə üzləşir


ABŞ-ın mərkəzi regionu nəhəng qar tufanı ilə üzləşir
ABŞ-ın mərkəzi regionu nəhəng qar tufanı ilə üzləşir

Birləşmiş Ştatlarda irimqiyaslı qar tufanı minlərlə uçuşun təxirə salınmasına səbəb olub. Ölkənin yarısı buz, qar və dolu yağışlarına məruz qalıb.

Milli Hava Xidməti insanları evdə qalmağa çağıraraq səyahətin qeyri-mümkün olduğunu və şəraitin həyat üçün təhlükəli olduğunu bildirib. Yaxınlaşan tufanın son illərdə ən iri tufan olacağı gözlənilir.

Mərkəzi regionda yerləşən Milvoki, St. Luis və Çikaqo şəhərləri tufana hazırlaşmaq üçün tədbirlər həyata keçirir. Saatda 64 kilometr sürətlə əsən küləklərin 46 santimetr hündürlüyündə qar yağınıtısı ilə müşayiət ediləcəyi gözlənilir.

Meteroloqlar region boyu boran, qar tufanı və dondurucu yağışlar barədə xəbərdarlıqlar veriblər. Xəbərdarlıqlar Texas ştatından İllinoys və Meynədək bir çox ştatları əhatə edir.

XS
SM
MD
LG