Accessibility links

ABŞ-ın müdafiə naziri Çinə yola düşür

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri Çinə yola düşür

ABŞ-ın müdafiə naziri Çinə yola düşür

ABŞ-ın müdafiə naziri bu gün üç günlük rəsmi səfərlə Çinə yola düşür. Səfər zamanı hərbi gərginliklər müzakirə edilməlidir. Nazirin gələn həftə Vaşinqtona səfər edəcək Çin prezidenti Hu Tsuntau və digər rəsmilərlə görüşü planlaşdırılıb. Pentaqonun rəhbəri Xalq Azadlığı Ordusunun Amerika ilə sabit kommunikasiyasının təmin edilməsinə çalışacaq. Çin ordusu Pentaqonla məhdud əlaqələrə malikdir. Buna səbəb Amerikanın Tayvana coxmilyonlu silah satışı olub. Çin səfərindən sonra Robert Geyts Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

XS
SM
MD
LG