Accessibility links

ABŞ-ın müdafiə naziri Misirdə fövqəladə vəziyyətin ləğvinə çağırıb

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri Misirdə fövqəladə vəziyyətin ləğvinə çağırıb

ABŞ-ın müdafiə naziri Misirdə fövqəladə vəziyyətin ləğvinə çağırıb

ABŞ-ın müdafiə naziri Leon Panetta Misirin hakim hərbi şurasını fövqəladə vəziyyətin ləğvinə və hakimiyyətin dünyəvi sistemə keçidinin təmin edilməsinə çağırıb.Misirin hərbi şurasının rəhbəri feld-marşal Hüseyn Tantavi ilə görüşündən sonra nazir deyib ki, Misir liderləri fövqəladə vəziyyətə yaxın zamanda son qoyulacağına vəd veriblər. Leon Panetta onların azad və ədalətli seçkilər keçiriləcəyinə də söz verdiklərini deyib. Misirdə parlament seçkiləri noyabr ayının sonunda keçirilməlidir.

XS
SM
MD
LG