Accessibility links

ABŞ-ın müdafiə naziri Robert Geyts təqaüdə çıxır


ABŞ-ın müdafiə naziri Robert Geyts təqaüdə çıxır

ABŞ-ın müdafiə naziri Robert Geyts təqaüdə çıxır

Əfqanıstan və İraq müharibələrində dörd il aparıcı rol oynayan Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts bu gün təqaüdə çıxır. Cənab Geyts müdafiə naziri vəzifəsinə 2006-cı ildə Corc Buşun prezidentliyi dövründə sabiq müdafiə naziri Donald Ramsfeldin yerinə təyin edilmişdi.

Təhlilçilərin dediyinə görə, onun İraqdakı ordunun sayını artırması bölgədə həyata keçirilən kampaniyaya yardım edib. Robert Geyts seçkilərdən sonra Barak Obamanın prezidentliyi dövründə də vəzifəsinin icrasına davam edib və prezidentin göstərişi ilə Afqanıstana əlavə hərbi qüvvə göndərib.

Dünən hərbi qüvvələr qarşısında vida çıxışını edən cənab Geyts əsgərlərə və onların ailələrinə təşəkkür edərək, onların şücaətlərinin Amerikanın təhlükəsizliyini təmin etdiyini deyib.

XS
SM
MD
LG