Accessibility links

ABŞ-ın müdafiə naziri prezident Həmid Karzayı tənqid etməkdən yayınıb


ABŞ-ın müdafiə naziri prezident Həmid Karzayı tənqid etməkdən yayınıb

ABŞ-ın müdafiə naziri prezident Həmid Karzayı tənqid etməkdən yayınıb

Əfqanlıstan prezidenti təhlükəsizlik üzrə iki yüksək rəsmini işdən azad edib

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts bu gün Əfqanıstanın ABŞ-ın dəstəklədiyi təhlükəsizlik üzrə iki yüksək rəsmisini, ölkənin daxili işlər naziri Hənif Ətmarı və kəşfiyyat idarəsinin başçısı Əmrullah Salehi işdən azad etdiyi üçün prezident Həmid Karzayı tənqid etməkdən yayınmışdır. Cənab Geyts belə bir addımın Əfqanıstanın daxili işi olduğunu və prezident Karzayı bu vəzifələrə əvvəlkilərlə eyni səviyyədə olan adamları təyin etməyə çağırıb. Birləşmiş Ştatların müdafiə naziri keçən həftə Əfqanıstanda sülh konfransı zamanı Talibanın etdiyi hücumların bu istefaları yol aça bildiyini deyib. Nazir bildirib ki, hücumlara görə cavabdehlik olmalıdır.

XS
SM
MD
LG