Accessibility links

ABŞ-ın müdafiə naziri vəzifəsinə nominasiya edilən Leon Panetta Senatda ifadə verib

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri vəzifəsinə nominasiya edilən Leon Panetta Senatda ifadə verib

ABŞ-ın müdafiə naziri vəzifəsinə nominasiya edilən Leon Panetta Senatda ifadə verib

ABŞ-ın müdafiə naziri vəzifəsinə nominasiya edilən Leon Panetta Pentaqonda görəcəyi ilk işin İraq və Əfqanıstan daxil edilməklə, Amerikanın iştirak etdiyi münaqişələrdən qalib kimi çıxmasını təminat altına alması olacağını bildirib. Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Senatın Silahlı qüvvələr komitəsində ifadə verərkən deyib ki, Amerika Əfqanıstanda Talibanı məğlub etməli, Əfqanıstanın təhükəsizlik qüvvələriniə təlim verib, ölkənin nəzarətini qüvvələrə təhvil verməlidir. İraqa gəldikdə isə Panetta bildirib ki, Amerika iraqlıların ölkənin təhlükəsizliyinə nəzarət edə biləcəyindən əmin olmalıdır. O, dünyanın bu mühüm regionunda sülh və sabitlik, demokratiyanın bərqərar edilməsinin vacibliyini önə çəkib. Təsdiq edildiyi təqdirdə Leon Panetta Pentaqonun rəhbəri vəzifəsinə prezident Obamanın təhlükəslik məsrəflərinin 400 milyard dollar ixtisar edilməsinə cağırdığı vaxt keçəcək.

XS
SM
MD
LG