Accessibility links

ABŞ-ın müdafiə xərclərinin ixtisarı narahatlıqlara səbəb olub

  • Amerikanın səsi

.

.

ABŞ-ın müdafiə naziri Leon Panetta və birgə hərbi qərargahlar rəisi Maykl Mallen müdafiə xərclərinin ixtisar edilməsindən narahatlıqlarını bildirib. Bu gün müxbirlərlə görüşən Panetta və Mallen 350 milyard dollarlıq ixtisarın zəruriliyini dərk etdiklərini bildirib, lakin Pentaqonun bundan əlavə ixtisarla üzləşməsinə yol verilməməsinin vacibliyini vurğulayıb. Bu həftə əldə edilən razılığa əsasən Konqres komitəsi məsrəflərin daha artıq ixtisar edilməsinə dair plan hazırlamalıdır. Əgər plan hazır olmasa, bu, digər agentliklərlə yanaşı ordunun da xərclərinin azaldılması demək olacaq. Leon Panetta bunun ölkənin təhlükəsizliyinə ciddi ziyan vuracağını deyib.

XS
SM
MD
LG