Accessibility links

ABŞ-ın müsəlmanlarla iş üzrə elçisi gənclərin prioritet olduğunu deyir

  • Əsgər Möhsümoğlu

ABŞ-ın müsəlmanlarla iş üzrə elçisi gənclərin prioritet olduğunu deyir

ABŞ-ın müsəlmanlarla iş üzrə elçisi gənclərin prioritet olduğunu deyir

Əslən Kəşmirdən olan və 1969-cu ildə anası ilə bərabər Amerikaya mühacirət etmiş Farah Pandis bir neçə xoşagəlməz insidentlərə əsaslanaraq Amerikada müsəlmanların vəziyyəti ilə bağlı səsləndirilən bəzi mənfi fikirlərlə razılaşmadığını söylədi. Onun sözlərinə görə Amerikada müsəlmanlar öz həyatlarını istədikləri kimi yaşamaqda azaddırlar:

ABŞ-ın müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandis Amerikanın Səsinin urdu xidmətinə müsahibədə təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Xanım Pandisin sözlərinə görə son bir neçə ildə bütün dünya boyu müsəlman icmaları ilə təmas qurulmasında rəsmi Vaşinqton mühüm nailiyyətlər əldə edib.

Farah Pandis deyir ki, rəsmi Vaşinqton İslam dünyası ilə təmaslarında 30 yaşdan aşağı gənclərə xüsusi önəm verir. Belə ki, bu yaş kateoqriyasına mənsub müsəlmanlar çoxluq təşkil edir: “Hazırda dünyada 1.6 milyard müsəlman var ki, onların çoxunun yaşı 30-dan azdır. Biz çalışırıq ki, onların səsini ucaldaq, oların təcrübəsini aşkar edək və qabiliyyətlərini üzə çıxaraq.”

Son 11 ayda 21 ölkəyə səfər etmiş Farah Pandis başlıca diqqətin təhsil və mədəniyyət sahələrinə verildiyini deyir. Onun sözlərinə görə müştərək faydalı əməkdaşlığın əsasında ortaq maraqlar və arzular dayanır.

Müsəlman gənclərin çoxu dünyada öz yerlərini müəyyən etməyə çalışırlar. “Eyni zamanda müsəlman və müasir olmaq nə deməkdir? Mədəniyyətlə din arasındakı fərq nədir? Gənclərin bu sualları cavablandırması onların necə lider, ictimai fəal və ya vətəndaş olacağını müəyyən edəcək.”

Əslən Kəşmirdən olan və 1969-cu ildə anası ilə bərabər Amerikaya mühacirət etmiş Farah Pandis bir neçə xoşagəlməz insidentlərə əsaslanaraq Amerikada müsəlmanların vəziyyəti ilə bağlı səsləndirilən bəzi mənfi fikirlərlə razılaşmadığını söylədi. Onun sözlərinə görə Amerikada müsəlmanlar öz həyatlarını istədikləri kimi yaşamaqda azaddırlar: “Mən amerikalı olmaqla müsəlman olmaq arasında ziddiyət görmürəm. Demokratiya ilə İslam arasında da ziddiyət yoxdur.”

Xanım Pandis hesab edir ki, konstitutsiyada təsbit olnumuş azadlıqlar hər bir müsəlmana öz dini ayinlərini icra etməyə sərbəstlik verir.

Gələcək istiqamətlər haqda danışarkən ABŞ xüsusi nümayəndəsi təmsil etdiyi qurumun Facebook, Twitter kimi saytlarda müsəlman gənclərlə təmasları gücnləndirmək planının işə düşdüyünü bildirdi. Farah Pandisin sözlərinə görə 21-ci əsrdə internetin bəxş etdiyi imkanlardan bəhrələnməklə Amerika ilə müsəlman dünyası arasında dost münasibətlərin möhkəmlənməsinə nail olmaq mümkündür.

XS
SM
MD
LG