Accessibility links

ABŞ-ın İraqdakı qüvvələrinin sonuncu dəstəsi ölkəni tərk edib

  • Amerikanın səsi

ABŞ-ın İraqdakı qüvvələrinin sonuncu dəstəsi ölkəni tərk edib

ABŞ-ın İraqdakı qüvvələrinin sonuncu dəstəsi ölkəni tərk edib

ABŞ-ın İraqdakı qüvvələrinin sonuncu dəstəsi bu gün ölkəni tərk edib. Bir neçə yüz əsgərdən ibarət qüvvə arxada yalnız Amerikanın səfirliyi üçün əsgər qoymaqla Küvüyt sərhədlərini keçib. Beləliklə 9 illik İraq müharibəsi 4500 Amerika əsgərinin həyatı bahasına başa çatır. Müharibədə on minlərlə iraqlı həlak olub, yüz milyardlarla dollar sərf edilib.

Sabiq diktator Səddam Hüseynin devrilməsi kampaniyası 2003-cü ildə başlamışdı. Amerika İraqdakı 500 hərbi bazaya 170 min əsgər yerləşdirmişdi.

Tənqidçilər Amerikanın arxada minlərlə kimsəsiz qadın və uşaqla bərabər xarabaya çevrilmiş bir ölkə qoyduğunu deyir. İnsanlar təriqətlərə bölünmüş, İraq infrastruktursuz qalmışdır.

İraqın baş naziri Nuri Əl-Məlikinin şiə hökuməti sünni və kürd partiyalarının hakimiyyət bölüçdürülməsi siyasəti ilə qarşı-qarşıyadır.

XS
SM
MD
LG