Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol:”Manas” bazasından İrana qarşı istifadə edilməyəcək

  • Azerbaijani Service

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol:”Manas” bazasından İrana qarşı istifadə edilməyəcək

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol:”Manas” bazasından İrana qarşı istifadə edilməyəcək

Amerika diplomatı Rusiyanın Qırğızıstanın münaqişəyə cəlb edilə biləcəyinə dair fərziyyələrini əsassız sayır

Birləşmiş Ştatların Rusiyadakı səfiri Maykl Makfol Rusiyanın Qırğızıstanda “Manas” hərbi bazasından İrana qarşı mümkün hücum zamanı istifadə edilə biləcəyilə bağlı narahatlıqlarına əsas olmadığını hesab edir.

ABŞ səfiri Rusiya xarici işlər nazirliyinin məsələ ilə bağlı narahatlığını ifadə etməsindən sonra şərh verib. Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brinfinq zamanı bildirib ki, bu obyektdən İranla potensial münaqişə zamanı istifadə edilə biləcəyini istisna etmək olmaz.

Xarici işlər nazirliyinin nümayəndəsi bunun səbəblərini bazanın mümkün hərbi əməliyyatların aparıldığı ərazilərə coğrafi yaxınlığı, habelə ABŞ və NATO-nun hərbi obyektlərinin, o cümlədən Amerikanın tranzit daşınmalar mərkəzinin orada mövcudluğu ilə izah edib. Aleksey Lukaşeviçin sözlərinə görə, Mərkəzi Asiya ölkələri, xüsusilə də Qırğızıstanın prezidenti Almazbek Atambayev İrana qarşı mümkün hərbi hücumun fəlakətli nəticələrinə görə narahatdır. O deyib ki, Rusiya rəsmi Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həllinin istisna edilmədiyinə dair bəyanatlarının Mərkəzi Asiya regionunda ciddi narahatlıqlara səbəb olduğuna diqqət yetirir.

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Tvitter mesajında bu narahatlıqlara son qoyaraq, “Manas” hərbi bazasında tranzit daşınmalar mərkəzinin Əfqanıstanda sabiltlik və təhlükəsizliyin təmin edilməsi səylərinə xidmət etdiyini bildirib. Səfir bazadan yalnız bu məqsədlə istifadə edildiyini vurğulayıb.

Qırğızıstanın Xarici İşlər nazirliyi və ABŞ Dövlət Departamenti Lukaşeviçin bəyanatına hələ cavab verməyib.

XS
SM
MD
LG