Accessibility links

Sabiq ABŞ prezidenti Bill Klinton prezident Obamaya verdiyi seçki tövsiyəsində bildirib ki, Obama seçiciləri inandırmalıdır ki, o, Amerika iqtisadiyatını dağılmaqdan xilas edib.

Bu gün səhər ABC tele-kanalının "Sabahın xeyir, Amerika" verilişinə müsahibə verən cənab Klinton prezident Obamanın seçicilərinə 2008-ci ildəki seçkilərdən, onun prezidentliyə başlamasından əvvəl ABŞ iqtisadiyyatının üzləşdiyi fəlakətli durumu aydın şəkildə başa salmalı olduğunu deyib.

"Zənnimcə, aydın edilməlidir ki, Obama administrasiyası geriləməni iqtisadi depressiyaya çevrilməkdən saxladı," deyə Klinton bildirib.

Sabiq prezident əmin olduğunu bildirib ki, Barak Obama növbəti seçkilərdə asanlıqla yenidən prezident seçiləcək. O, prezident Obamanın rəqibi olacaq sabiq Massaçusets qubernatoru Mitt Romninin kampaniyasının uğur qazanacağına şübhə ilə yanaşdığını qeyd edib.

XS
SM
MD
LG