Accessibility links

ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını qeyd etməyə çağırır


ABŞ prezidenti Barak Obama 2010-cu il Novruz mesajı ilə çıxış edir
ABŞ prezidenti Barak Obama 2010-cu il Novruz mesajı ilə çıxış edir

Amerikanın türk icması Novruz bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. Dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır.

Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə hər il Novruz bayramını qeyd edir.

Lakin son illər Novruz bayramı yalnız İran və fars dilli ölkələrin xalqlarına aid edilib. Bununla belə, Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər böyük bir regionda yaşayan türk xalqları Novruz bayramını və tarixi bir neçə min il əvvələ gedib çıxan yazın gəlişi gününü geniş şəkildə qeyd edir. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda rəsmi bayram, Türkiyədə isə ictimaiyyətin qeyd etdiyi bayram günüdür.

Amerika Türkləri və Amerika Azərbaycanlılarının şəbəkələri prezident Obamanı Novruz bayramı münasibətilə ABŞ prezidentinin hər il verdiyi mesajında Azərbaycan və azərbaycanlı amerikalılar, Türkiyə və türk amerikalılar, habelə bütün türk xalqlarını təmsil edən amerikalıları da qeyd etməyə çağırır.

Prezident Barak Obamanın 2006-2010-cu illərdə Novruz bayramı münasibətilə verdiyi mesajlarında türk xalqları qeyd edilməyib.

Prezident Obamanın 2010-cu il martın 20-i Novruz mesajı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://www.whitehouse.gov/the-press-office/remarks-president-obama-marking-nowruz

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG