Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Əfqanıstandadır


ABŞ-ın vitse-prezidenti Co Bayden Əfqanıstandadır
ABŞ-ın vitse-prezidenti Co Bayden Əfqanıstandadır

ABŞ-ın vitse-prezidenti Co Bayden əfqan xalqı istərsə, Amerikanın o ölkədəki mövcudluğunu 2014-cü ildən sonra da uzatmağa hazır olduğunu bildirib. Əfqanıstan prezidenti Həmid Karzayla görüşündən sonra vitse-prezident deyib ki, ABŞ 2014-cü ildən sonra Əfqan qüvvələrinə təlimlər və ölkəyə yardımlarının hər iki ölkənin ortaq maraqları nəzərə alınmaqla həyata keçiriləcək. Ötən il əldə edilən razılığa əsasən ABŞ qüvvələri bu il Əfqanıstanı tərk etməyə başlamalı və 2014-cü ildə təhlükəsizlik səlahiyyəti tamamilə əfqan qüvvəvlərinə təhvil verilməldir. Co Bayden təhvil prosesinin artıq başladığını və prosesin tərəflərin razılığı ilə həyata keçirildiyini deyib. ABŞ-ın vitse-prezidenti Amerikanın Əfqanıstandakı qüvvələrinin komandiri və ABŞ-ın Əfqanıstandakı səfiri ilə də görüşlər keçirib.

XS
SM
MD
LG