Accessibility links

ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyadadır


ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyadadır

ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyadadır

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden ABŞ-la Rusiya arasında münasibətləri müzakirə etmək məqsədi ilə Rusiyaya iki günlük səfər edir. Cənab Bayden Rusiyaya Avropa səfərinin bir hissəsi olan Helsinkidən bu gün axşam gedib. Çərşənbə günü cənab Baydenin Rusiya prezidenti Dmitri Medvedev, çümə axşamı isə baş nazir Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Danışıqlar zamanı diqqətlər əsasən iki ölkə arasında əlaqələr, Avropada müdafiə raketləri və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələlərinə yetiriləcək. Cənab Baydenin texnoloji mərkəz olacaq Skolkovoda Rusiya ticarət liderləri ilə görüşəcəyi gözlənilir.

ABŞ-ın vitse-prezidenti cümə günü Moskvadan Moldovanın paytaxtı Kişinyovda qısa müddət dayandıqdan sonra Vaşinqtona yola düşəcək.

XS
SM
MD
LG